Hadisə

MN: Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib – FOTO

7 avqust / 15:46 1 dəq
64d0cec5d140e64d0cec5d140f169140602164d0cec5d140964d0cec5d140b
7 avqust / 15:46
Burada sizin reklamınız ola bilər

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər