Mixeil Kavelaşvili Türkiyəyə gedir
Seçki Kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə rəsmi səfər edəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində Türkiyə – Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.




