Hadisə

Misirdə sərnişin qatarı relsdən çıxıb, ölən və xəsarət alanlar var

8 mart / 09:20 1 dəq
A3043c88 de26 3b10 813f bde69d84f0a5
8 mart / 09:20
Burada sizin reklamınız ola bilər

Misirin şimalındakı Qalyub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb, nəticədə bir nəfər ölüb, daha 16 nəfər yaralanıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Al-Yaum əs-Sabia” portalı Ərəb Respublikası Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, bir nəfər ölüb, 16 vətəndaş yaralanıb, onlardan üçü hadisə yerində yardım alıb”, – portal nazirliyin sözçüsünə istinadən yazır.

Portalın məlumatına görə, qatar Minuf şəhərindən Qahirəyə gedirmiş. Qəza nəqliyyat vasitəsi Qalyub şəhərində dəmir yolu stansiyasından keçərkən baş verib. Hadisə yerinə 20 təcili yardım maşını göndərilib, zərərçəkənlər şəhər xəstəxanasına aparılıb.

“Egypt Today” isə qəza zamanı 2 nəfərin həlak olduğunu, 16 nəfərin yaralandığını xəbər verib.

Paylaş
Burada sizin reklamınız ola bilər