Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib
2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.




