Mədəniyyət

“Milli Kino Mükafatı” qaliblərinin adı açıqlanıb

26 iyul / 14:14 1 dəq
0a0b6fc7 9ec6 431c acc7 811047afa2fb
26 iyul / 14:14
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin “Milli Kino Mükafatı” qaliblərinin adını açıqlayıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust – Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər