Ağstafa

Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib

30 iyul / 10:18 2 dəq
6680d081 c0c6 34a6 8aa1 9aafbaf95513 850.jpeg
30 iyul / 10:18
Burada sizin reklamınız ola bilər

Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib.

‘Qərb Xəbər’ bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Bildirilib ki, meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət Qoruqlarında, Göygöl, Altıağac Milli Parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının, regional polis şöbəsinin əməkdaşlarının və yerli sakinlərin iştirakı ilə yanğından mühafizə mövzusunda növbəti maarifləndirmə tədbirləri və təlimlər keçirilib.

Tədbirlərdə təbiət əraziləri, meşəlik və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər