Elm və Texnologiya

Mehriban Vəliyeva: “IV siniflərin monitorinqinin nəticələri təhlil olunacaq”

3 iyul / 13:30 2 dəq
Images 2023 07 03T132948.157
3 iyul / 13:30
Burada sizin reklamınız ola bilər

“Bakının ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçirilən monitorinqlərin nəticəsi təhlil olunacaq”.

Bunu  açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

İki ildir monitorinqlərin keçirildiyini xatırladan M.Vəliyeva bildirib ki, nəticələr yoxlanılıb statistik olaraq təhlil edilərək BŞTİ-yə təqdim olunacaq: “Monitorinqin nəticələri cari ildə IV sinfi bitirən şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə məktəblərin reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq. Düşünürük ki, bu, ibtidai təhsilin orta təhsil səviyyəsində məsuliyyətini bir az da artırır. Ümumilikdə bu, təhsilin keyfiyyətinin artırılması istiqamətində çox böyük addımdır”.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

Paylaş
Burada sizin reklamınız ola bilər