Bölgə xəbərləri

Martda yağan qar təsərrüfat sahiblərini məyus edib

14 mart / 12:03 2 dəq
EDIUS 14.03.2022 11 53
14 mart / 12:03
Burada sizin reklamınız ola bilər

Adətən, qar bolluq, ruzi-bərəkət rəmzidir, deyirlər, amma qışda yağmayıb mart ayının ikinci onluğundan yağmağa başlayan qar fermerlərin işini çətinləşdirib. Təsərrüfat sahibləri meyvə ağaclarının tumurcuqladığı bir vaxtda qarın yağmasının zoğalın, əriyin məhsuldarlığına mənfi təsir edəcəyini bildirirlər. “Qərb Xəbər”in yollandığı Tovuzun Düz Qırıqlı kəndinin fermerləri də dəyişkən hava şəraiti səbəbindən zərərə uğradıqlarını deyirlər.

Həyətyanı sahələrdəki istixanalar kiçik olduğuna görə, əsasən, odun və ya qazla qızdırılır. Hazırda bitkilərin dibləri doldurulur, bundan sonra 4-5 dəfə suvarma işi aparılmalıdır. İllərdir, həyətyanı sahədə əkib-becərən həmsöhbətim getdikcə buna marağının azaldığını deyir.

Kartofçuluq rayonu kimi tanınan Tovuzda payız və qış mövsümündə məhsul yetişdirilir. Düz Qırıqlı kəndi də iri kartof istehsalçısı sayılır. Ümid edək ki, fermerlər min bir əziyyət bahasına becərdikləri məhsulun bəhrəsini görəcəklər.

Aymirə İsmayılqızı,

Röyal İslam

Paylaş
Burada sizin reklamınız ola bilər