Marneulidə seçici fəallığı 5,7% təşkil edib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.




