Xəbər

Mariya Stadnik Azərbaycana təşəkkür etdi.

28 fevral / 12:35 1 dəq
15860798521301713686 1000x669
28 fevral / 12:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik İnstaqram hesabında yeni paylaşım edib.

İdmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

M.Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər