Dünya

“Mançester Siti” İngiltərə çempionu olub

20 may / 08:49 1 dəq
Indir 2024 05 20T084920.391
20 may / 08:49
Burada sizin reklamınız ola bilər

“Mançester Siti” ardıcıl dördüncü dəfə futbol üzrə İngiltərə çempionu olub.

Qerbxeber.com xəbər verir ki, “şəhərlillər” Premyer Liqanın 38-ci turunda “Vest Hem Yunayted” komandasını məğlub etməklə buna müvəffəq olublar.

“Etihad Stadium”da baş tutan oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.

Beləliklə, İngiltərə çempionatında mövsümün sonunda “Mançester Siti” 91 xalla çempion olub.

Komanda 10 dəfə İngiltərə çempionluğunu yaşayıb.

Bununla da “şəhərlillər” ardıcıl dörd dəfə İngiltərə çempionu olan ilk klub olub.

Paylaş
Burada sizin reklamınız ola bilər