İqtisadiyyat

Maliyyə Nazirliyində 2 şöbə birləşdirilib

6 may / 11:08 1 dəq
7f5c3d08 109b 4be6 855b d714541774a0
6 may / 11:08
Burada sizin reklamınız ola bilər

Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi və Sosial təyinatlı layihələrin maliyyəsi şöbələri birləşdirilib.

Onların bazasında İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsi yaradılıb.

Şöbəyə rəhbərlik Ədalət Əliyevə həvalə edilib. O, indiyə qədər ləğv edilmiş İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdir müavini olub, eyni zamanda 1 il bundan əvvəl vəfat etmiş şöbə müdiri Mərdan Mərdanovu əvəz edib.

Ləğv edilmiş Sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsi də vakant olub. Ötən ilin iyul ayına qədər şöbəyə rəhbərlik etmiş İlqar İsayev hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini vəzifəsində çalışır.

Paylaş
Burada sizin reklamınız ola bilər