Makron: Gözlənilən görüş üçtərəfli yox, dördtərəfli olmalıdır
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə planlaşdırılan Tramp-Putin-Zelenski görüşünə Avropa lideri də qatılmalıdır.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Əgər təhlükəsizlik zəmanətlərindən danışırıqsa, bu, bütün Avropa qitəsinin təhlükəsizliyinə aiddir. Ona görə də dördtərəfli görüşə ehtiyac var”, – deyə Makron vurğulayıb.




