Dünya

Mahmud Abbas Baydenlə görüşdən imtina etdi

18 oktyabr / 09:21 1 dəq
652ee10d6c07e652ee10d6c07f1697571085652ee10d6c07c652ee10d6c07d
18 oktyabr / 09:21
Burada sizin reklamınız ola bilər

Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib.

“Qərb Xəbər” “Guardian”a istinadən xəbər verir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib.

Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi. Rəsmi mənbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb.

Qeyd edək ki, bu gün Qəzzada xəstəxana vurulub, yüzə qədər mülki şəxsin öldüyü bildirilir. Bu rəqəmin daha da artacağı ehtimal olunur. Xəstəxananı İsrailin vurduğu iddia edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər