Elm və Texnologiya

Magistraturaya qəbulla bağlı qabiliyyət imtahanının nəticələri elan olunub

22 iyun / 12:17 1 dəq
Dim
22 iyun / 12:17
Burada sizin reklamınız ola bilər

Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə “Qərb Xəbər”ə DİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər.

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında iyunun 23-də saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər