Bölgə xəbərləri

Magistratura üzrə yeni ixtisaslar yaradılıb

4 avqust / 10:35 1 dəq
61f0ae6e 48aa 4baa 8121 0ebf50172bc7
4 avqust / 10:35
Burada sizin reklamınız ola bilər

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişiklik olunub.

“Qərb Xəbər” məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergi hüququ” ixtisaslaşması əlavə olunub.

Qeyd olunub ki, mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranıb.

Paylaş
Burada sizin reklamınız ola bilər