Macarıstan XİN rəhbəri: Ümid edirəm ki, Rusiya-NATO qarşıdıurması olmayacaq
Macarıstan NATO ilə Rusiya arasında hərbi qarşıdurmanın olmayacağına ümid edir.
Qerbxeber.com xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində TASS müxbirinə bildirib.
“Biz ümid edirik ki, Rusiya və NATO arasında gələcəkdə hər hansı eskalasiya baş verməyəcək. Gərginliyi aradan qaldırmağın yeganə yolu Ukraynada sülhdür”, – nazir əlavə edib.




