Dünya

Macarıstan Aİ-ni Rusiya ilə təmasların bərpasını nəzərdən keçirməyə çağırıb

19 iyul / 09:20 1 dəq
66997515ce4b966997515ce4ba172133301366997515ce4b766997515ce4b8
19 iyul / 09:20
Burada sizin reklamınız ola bilər

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Ukrayna ilə siyasi dialoqu davam etdirmək şərtilə Rusiya ilə birbaşa diplomatik əlaqələrin bərpası imkanlarını nəzərdən keçirməyə çağırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə hökümət başçısının rəsmi saytında məlumat yer alıb.

Siyasətçi həmçinin Ukraynaya dair növbəti sülh konfransının təşkili ilə bağlı Çinlə yüksək səviyyəli təmasların başlanmasını təklif edib.

Viktor Orbanın sözlərinə görə, Avropa indiyədək Ukrayna münaqişəsi ilə bağlı Amerikanın müharibəyönlü strategiyasını təkrarlayıb və köhnə qitənin özünün suveren yanaşması olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər