Bölgə xəbərləri

Məktəblərdə beşgünlük payız tətili başlayır

15 noyabr / 09:27 1 dəq
Indir 2022 11 15T092700.539
15 noyabr / 09:27
Burada sizin reklamınız ola bilər

Sabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.

“Qərb Xəbər” xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Növbəti tədris günü noyabrın 21-dir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər