Elm və Texnologiya

Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq

6 sentyabr / 17:25 1 dəq
Indir 2023 09 06T172502.484
6 sentyabr / 17:25
Burada sizin reklamınız ola bilər

2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.

“Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri azərbaycan dilində tədris olunacaq.

“Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk”.

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb:

“Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər”.

Paylaş
Burada sizin reklamınız ola bilər