Elm və Texnologiya

Məktəblərdə 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq

12 may / 14:49 1 dəq
Imtahan
12 may / 14:49
Burada sizin reklamınız ola bilər

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

“Qərb Xəbər”in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər