Kateqoriyasız

Məktəbdənkənar məşğələlərdə maska taxmaq qaydası

22 sentyabr / 13:32 2 dəq
23dde72d 9414 362c b522 8e4fb24eb558
22 sentyabr / 13:32
Burada sizin reklamınız ola bilər

Məktəbdənkənar təhsil müəssisələrində maskadan istifadə valideynlərin və ya digər qanuni nümayəndələrinin seçimində olacaq.

“Qərb Xəbər”in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Qərara əsasən, həmin müəssisə maskadan istifadə ilə bağlı valideynlərin və ya digər qanuni nümayəndələrinin seçiminə verilən qurumların sırasına əlavə edilib.

Qeyd edək ki, əvvəlki qərarla təhsil alanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilirdi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburi idi.

Paylaş
Burada sizin reklamınız ola bilər