Dünya

Məhkəmə Saakaşvili ilə bağlı qərar verib

3 avqust / 09:33 1 dəq
0da8ef8215ffb7cbd83bf4661b86ad94
3 avqust / 09:33
Burada sizin reklamınız ola bilər

Hazırda həbsdə olan Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilib.

Qerbxeber.com xəbər verir ki, qərar prokurorun təqdimatı əsasında verilib.

Belə ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixeil Jincolia prokurorluğun vəsatətini təmin edib.

Bildirilir ki, qərar işə yenidən baxılacağı üçün şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb.

Xatırladaq ki, keçmiş prezident 2021-ci il sentyabrın 29-da gəlib, oktyabrın 1-də isə həbs olunub. Bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanalarda keçirib.

Paylaş
Burada sizin reklamınız ola bilər