Ağstafa

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

2 iyul / 08:45 1 dəq
6682b0c1b58966682b0c1b589717198409616682b0c1b58946682b0c1b5895
2 iyul / 08:45
Burada sizin reklamınız ola bilər

Mədəniyyət naziri Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək.

Bu barədə Qerbxeber.com Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

“Vətəndaşlar 2024-cü il iyulun 8-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər”,- deyə məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər