Bölgə xəbərləri

Livandakı Azərbaycan səfirliyinə hücumu kim təşkil edib? – Deputat

17 sentyabr / 11:35 2 dəq
E95e96b632724556b90e30465fc2c9df1663351775 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg jpg (1)
17 sentyabr / 11:35
Burada sizin reklamınız ola bilər
Millət vəkili Vüqar Bayramov bir qrup erməninin sentyabrın 16-da Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyinin binasına hücum etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
“Qərb Xəbər” “Qaynarinfo”ya istinadən xəbər verir ki, deputatın sözlərinə görə, livanlı erməni iş adamlarının yaratdığı “Ari” fondu Laçın rayonunun Zabux kəndində 2013-cü ildə qanunsuz olaraq 150 evdən ibarət qəsəbə salıb: “Zabuxda əsasən Livandan gətirilən erməni ailələri qanunsuz olaraq yerləşdirilmişdi. Zabux bu ilin avqust ayında işğaldan azad olunandan sonra həmin ermənilər də qeyri-leqal yaşadıqları kənddən qaçmalı oldular. Laçın şəhərində 30 ilik erməni işğalı müddətində də livanlı erməni ailələrin məskunlaşması faktları mövcud idi. Həmin ərazilərimizin işğaldan azad olması livanlı erməniləri çox narahat edir və bu aqresiyanı da məhz səfirliyimizə hucumla nümayiş etdirdilər”.
Deputat bildirib ki, Azərbaycan güclüdür və belə “hucumlar” ilə regiondakı düzəni dəyişmək olmaz: “Həmin ərazilərimizin tarixi sahibləri olan Azərbaycan vətəndaşları isə tezliklə öz dogma torpaqlarına qayıdacaqlar”.
Paylaş
Burada sizin reklamınız ola bilər