Maraqlı

Leyla Abdullayeva Cümhuriyyət dövrünün maliyyə nazirinin nəvəsi ilə görüşüb

27 may / 09:10 1 dəq
291eccaf 5a78 3c78 a089 24a81098fcd4
27 may / 09:10
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, – o qeyd edib.

Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.

3a736727-85b9-3159-8148-63a4e81e0f208775520e-33c1-3555-93ce-f4fa75a7e5a7_850

Paylaş
Burada sizin reklamınız ola bilər