Bölgə xəbərləri

Laçında şahin quşları təbiətə, müxtəlif növ balıqlar isə Həkəri çayına buraxılıb

30 may / 10:45 2 dəq
86d6677a9b722d1bb00ef401f04b0f16
30 may / 10:45
Burada sizin reklamınız ola bilər

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlət başçısına görülən işlər barədə məlumat verdi. Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.

Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkədə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkədə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında da yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib. Həmçinin qeyd olundu ki, adı “Qırmızı Kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib.

Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak edib.

c856a0b1488b13c342e0237e175d10a6 757a6e1401f1b5d28e672fdc1052670c 0c5883f48e4b31202124bd1b6a729377 86d6677a9b722d1bb00ef401f04b0f16

Paylaş
Burada sizin reklamınız ola bilər