Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 58 gündür davam edir – FOTO

7 fevral / 08:43 1 dəq
63e1d341411b463e1d341411b5167574406563e1d341411b163e1d341411b2
7 fevral / 08:43
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA-nın Şuşa şəhəri.ezam olunan müxbirinə istinadən xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 58-ci günündə havanın qarlı və dumanlı, eyni zamanda şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən ilin dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər