Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 138 gündür davam edir

28 aprel / 09:32 1 dəq
644b433c2f02c644b433c2f02d1682654012644b433c2f029644b433c2f02a
28 aprel / 09:32
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA-ya istinadən xəbər verir ki, hava şəraitinin yağışlı və dumanlı keçməsinə baxmayaraq, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib.

Avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 138 gündür davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər