Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 127 gündür davam edir

17 aprel / 08:39 1 dəq
643cc8e5f08d8643cc8e5f08d91681705189643cc8e5f08d5643cc8e5f08d6
17 aprel / 08:39
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 127 gündür davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər