Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 117 gündür davam edir

7 aprel / 08:40 1 dəq
642f979b297aa642f979b297ab1680840603642f979b297a8642f979b297a9
7 aprel / 08:40
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdiriblər. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 117 gündür davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər