Laçın-Xankəndi yolundakı aksiya 114 gündür davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Qərb Xəbər”APA-ya istinadən xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib. Aksiya iştirakçıları tələblərinə müsbət cavab alanadək etirazlarını davam etdirəcəklərini bildiriblər.




