Bölgə xəbərləri

Kürmükçayda gecədən başlayan sel davam edir

7 iyun / 16:49 1 dəq
648073b0a2d6e648073b0a2d6f1686139824648073b0a2d6a648073b0a2d6c
7 iyun / 16:49
Burada sizin reklamınız ola bilər

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən xəbərə görə, Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

 

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb. Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

Paylaş
Burada sizin reklamınız ola bilər