İqtisadiyyat

Kürdə dibdərinləşdirmə işlərinə başlanılıb

13 aprel / 17:37 2 dəq
449b4d95 ea3c 4a6b 9873 c4081243a8eb
13 aprel / 17:37
Burada sizin reklamınız ola bilər

Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində dibdərinləşdirmə işlərinə başlanılıb.

Kürdə suyun səviyyəsinin günbəgün azalması nəticəsində çayın bir sıra yerlərində adalar əmələ gəlib. Çayın axını xeyli zəifləyib. Mövcud problemi həll etmək məqsədi ilə çayın Salyanın Xocalı və Neftçalanın Qardaşbəyli kəndlərinin ərazisindən keçən hissəsinə lilsovuran gəmi gətirilib. Artıq bir neçə gündür lilsovuran gəmi vasitəsilə həmin ərazidə dibdərinləşdirmə işləri aparılır.

Qısa müddətdə Kürün 200 metr hissəsində lilsovuran gəmi ilə su səthindən 14 metrə qədər dibdərinləşdirmə işləri həyata keçirilib. İlkin mərhələdə çayın 1 kilometrdən artıq hissəsinin lilsovuran gəminin köməyilə dərinləşdirilməsi nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, Kürdə dibdərinləşdirmə işləri aparılmasının gələcək daşqınların qarşısının alınmasında müsbət rolu olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər