Bölgə xəbərləri

Kremldən Əliyev və Paşinyanın bəyanatlarına reaksiya

19 aprel / 14:29 2 dəq
Peskov
19 aprel / 14:29
Burada sizin reklamınız ola bilər

Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ üzrə üçtərəfli sazişləri vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir.

“Qərb Xəbər” TASS-a istinadla xəbər verir ki, bunu aprelin 19-da jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibiDmitri Peskov bildirib.

“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, – Peskov Azərbaycan və Ermənistan tərəflərinin son bəyanatlarını şərh edərkən deyib.

Kreml sözçüsünə görə, üçtərəfli sazişlər “indi nizamlanma üçün yeganə real, real əsasdır”. “Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, – deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib. Bundan başqa, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər