Kral III Çarlzın xəstəliyi kəskinləşdi
Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzın səhhəti son aylarda kəskin pisləşib.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bu barədə “Radar Online” portalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
“Əsa sadəcə kral portretinin ənənəvi aksessuarı deyil, o, artıq zərurətə çevrilib”, – mənbə bildirib.
Bildirilir ki, Britaniya monarxı üçün Norfolk malikanəsinin ərazisində hərəkət etmək çətinləşib. O, xəstəliyin səbəb olduğu ağrını azaltmaq üçün spirtli içkilər qəbul edir.




