Bölgə xəbərləri

Kosmik hava durumu: Günəşdəki aktivliyin artacağı gözlənilir

16 fevral / 15:59 1 dəq
63edfe405e6c963edfe405e6ca167654150463edfe405e6c563edfe405e6c7
16 fevral / 15:59
Burada sizin reklamınız ola bilər

Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur.

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən kosmik hava proqnozunda qeyd edilib.

Bildirilib ki, aktiv ləkələrin sayı 140-dır.

Qeyd edilib ki, hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 390.8 km/san olub.

Vurğulanıb ki, geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hal-hazırda geomaqnit sahə sakitdir.

16-18 fevralda Günəşdəki aktivliyin artacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər