Bölgə xəbərləri

Kosalar kəndində “İctimai vəkillik” mövzusunda təlim keçirilib

18 oktyabr / 11:00 1 dəq
312002475 162515883060022 1233656147476940804 n
18 oktyabr / 11:00
Burada sizin reklamınız ola bilər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlər davam edir.
“Qərb Xəbər” məlumat verir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin dördüncüsü 17.10.2022-ci il tarixində Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində baş tutub.

İnnovativ Vətəndaş Təşəbbüsləri Təşkilatının təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qazax rayonunun daha 2 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.
Paylaş
Burada sizin reklamınız ola bilər