İqtisadiyyat

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarının müddəti uzadılıb

26 oktyabr / 10:34 1 dəq
Banner covid 19 1280x549
26 oktyabr / 10:34
Burada sizin reklamınız ola bilər

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Əvvəlki qərarla həmin müddət 2023-cü il oktyabrın 2-dək nəzərdə tutulmuşdu.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər