İdman

Konfrans Liqası: “Sabah” “Partizan”ı, “Neftçi” “Beşiktaş”ı qəbul edəcək

10 avqust / 08:36 1 dəq
C80af3ae 9d5d 3bdb bd79 e3ff23b7c7e7
10 avqust / 08:36
Burada sizin reklamınız ola bilər

“Sabah” və “Neftçi” klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Qərb Xəbər”in məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

“Ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcək. “Neftçi Arena”da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust

20:00. “Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
“Neftçi Arena”

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər