Dünya

Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını səbirsizliklə gözləyir

25 sentyabr / 16:15 1 dəq
Kobaxidze
25 sentyabr / 16:15
Burada sizin reklamınız ola bilər

“Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın yenidən başlanmasını və bərpasını səbirsizliklə gözləyir”.

Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözləirnə görə, Gürcüstana münasibətin dəyişməməsi “dərin dövlət”in hələ də güclü olduğunu göstərir.

“Dərin dövlət” mübarizədə məğlub olsa, münasibətlər normallaşacaq, qalib gələcəyi halda isə çətinliklər qalacaq, amma biz çətinliklərə öyrəşmişik”, – İ.Kobaxidze əlavə edib.

Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Gürcüstan hakimiyyəti strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına hazırlığını dəfələrlə bəyan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər