Klublararası dünya çempionatında PSJ və “Çelsi” bu gün üz-üzə
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün final görüşü keçiriləcək.
Qerbxeber.com xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Çelsi” komandaları üz-üzə gələcək.
Paris klubu yarımfinalda “Real Madrid”i (İspaniya) 4:0 hesabı ilə darmadağın edib. “Zadəganlar” isə Braziliya “Fluminense”sini üstələyib – 2:0.
PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, “Çelsi” Konfrans Liqasının qalibi olub.
Qeyd edək ki, PSJ – “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




