Dünya

KİV: Ukrayna ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa razılaşıb

26 fevral / 11:31 1 dəq
617724ef 1b99 3c80 9a40 5d6913374d6d 850
26 fevral / 11:31
Burada sizin reklamınız ola bilər

Ukrayna ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə sazişə razılıq verib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti sazişin yekun variantına istinadən məlumat yayıb.

Sənəddə Kiyev tərəfindən sazişin bağlanması üçün şərtlərdən biri olan Ukraynaya təhlükəsizlik təminatlarından bəhs edilmir.

Bundan əvvəl fevralın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə sözügedən müqaviləni imzalamayacağını bəyan edib. O bunu sənədin ABŞ-nin maraqlarına xidmət etməsi və Ukraynaya təhlükəsizlik zəmanəti verməməsi ilə əsaslandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər