Kateqoriyasız

KİV: 1 960 türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır

12 noyabr / 13:59 1 dəq
0d142d86 7a85 3741 bdb4 6fdab9411cb2
12 noyabr / 13:59
Burada sizin reklamınız ola bilər

“Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir”.

Bunu “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.

“1 960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, – o vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər