Kir Starmer: Böyük Britaniya Rusiyaya qarşı sərt sanksiyalar qəbul edəcək
Böyük Britaniya Rusiya əleyhinə növbəti sanksiyalar paketini hazırlamağa başlayıb.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Starmer bildirib: “Rusiyaya iqtisadi sahədə sanksiyalar tətbiq olunacaq. Lazım gələrsə daha geniş tədbirlər vasitəsilə təzyiqi artırmağa hazırıq. Belə təzyiqlərin nəticələrini görürsünüz. Böyük Britaniyada yeni sərt sanksiyalar paketi hazırlanır”.




