Kimya üzrə Nobel mükafatı laureatı açıqlanıb
Bu gün İsveçdə kimya üzrə Nobel mükafatının laureatı elan olunub.
“Qərb Xəbər” bildirir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.
Qaliblər Munqi Bavendi, Luis Bryus və Aleksey Yekimov olub.
Onlar “Kvant nöqtələrinin kəşfi və sintezinə görə” Nobel mükafatına layiq görülüblər.




