Maraqlı

Keyfiyyətsiz meyvə şirələri hansı xəstəliklərə SƏBƏB OLUR?

31 yanvar / 13:58 2 dəq
63d8af2b5433163d8af2b54332167514500363d8af2b5432f63d8af2b54330
31 yanvar / 13:58
Burada sizin reklamınız ola bilər

“Meyvə şirələrinin rəngləri meyvədən deyil, tərkibindəki boyadan qaynaqlanır”.

“Qərb Xəbər” xəbər verir ki, bu sözləri həkim Həsən Bəsri Savaş müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, meyvə şirələrinin tərkibində çoxlu qida əlavələri var.  

“Bu məhsullara kimyəvi və süni boyalar, müxtəlif dadlandırıcılar əlavə edilir. Demək olar ki, onların tərkibində meyvə yoxdur”.

Həsən Bəsri bildirib ki, belə keyfiyyətsiz meyvə şirələri şəkərli diabetə yoluxma hallarını 15 faizə qədər artırır.

“Bu içkilərin həddindən artıq çox içilməsi piylənmə tezliyini artırır, ürək-damar xəstəliklərinə gətirib çıxarır. O cümlədən keyfiyyətsiz meyvə şirələri mədə-bağırsaq xəstəlikləri, depressiya, immunitetin itirilməsi hallarına da səbəb olan amillər arasındadır”.

Həkim, xüsusilə uşaqlara belə içkilərin verilməsinin təhlükəli olduğunu da qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər