Dünya

Kelloq Ukraynanın bölünməsi ilə bağlı xəbərləri təkzib edib

12 aprel / 10:01 1 dəq
67f9a0b036bc467f9a0b036bc5174441284867f9a0b036bc267f9a0b036bc3
12 aprel / 10:01
Burada sizin reklamınız ola bilər

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinin onun sözlərini təhrif etdiyini, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını bildirib.

Qerbxeber.com məlumatına görə, bu barədə o, öz “X” hesabında məlumat verib.

“The Times” qəzetinin yaydığı məqalədə dediklərim təhrif edilib. Mən Ukraynanın suverenliyini dəstəkləyən və atəşkəsdən sonrakı orada olacaq sülhməramlı qüvvələrdən danışırdım. Bölünməni haqqında danışarkən müttəfiqlərin məsul olduqları zonalardan danışırdım. Mən Ukraynanı bölmək niyyətində deyildim”, – o deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər