Dünya

Kanadadan Ukraynaya yeni yardım paketi

17 iyun / 21:42 1 dəq
Ukraine canada flags shutterstock 2246201369 web 700x350
17 iyun / 21:42
Burada sizin reklamınız ola bilər

Kanada hökuməti Ukraynaya 2 milyard Kanada dolları (təxminən 1,5 milyard ABŞ dolları) məbləğində hərbi yardım ayıracaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə “CBC” telekanalı Baş nazir Mark Karniyə istinadən məlumat yayıb.

Bildirilib ki, Karni bu açıqlamanı G7 sammiti çərçivəsində Kanadanın Kananaskis şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı verib.

Mənbənin məlumatına görə, hərbi yardım paketinə zərbə və ya kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları da daxil edilə bilər.

Bundan əlavə, Ottava Ukraynaya əlavə olaraq 2,3 milyard Kanada dolları (təxminən 1,7 milyard ABŞ dolları) məbləğində kredit də təqdim edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər