Kanada Ukraynaya HHM vasitələrinin alınması təşəbbüsünə 56 milyon dollar sərf edəcək
Kanada Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə sistemləri almaq təşəbbüsü üçün təxminən 76 milyon Kanada dolları (55,7 milyon dollar) ayıracaq.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Kanadnın müdafiə naziri Bill Bler almaniyalı həmkarı Boris Pistoriusla keçirdiyi mətbuat konfransında bildirib.
“Kanada Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə təşəbbüsünə 76 milyon Kanada dolları verəcək”, – nazir qeyd edib.




